Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin orqanı kəsilib

5 İyun 2024 11:46

11:46

"Xaçmazda bıçaqlanan 11-ci sinif şagirdinin vəziyyəti orta-stabildir".

Bu barədə oxu.az-a Xaçmaz Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəstə bud nahiyəsinin və xayaların kəsilmiş-deşilmiş yaraları ilə xəstəxanaya daxil olub. Hazırda həyatı üçün hər hansısa bir təhlükə yoxdur.

Xatırladaq ki, hadisə rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdləri arasında baş verib. Aydın Səfərov (şərti) sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov Oxu.Az-a bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə (RPŞ) məlumat daxil olub. Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.

-------

12:18

04.06.2024

Xaçmaz rayonunda bıçaqlanma olub.

Milli.Az APA-ya istinadən bildirir ki,  rayonun Ləcət kənd orta məktəbinin 11-ci sinif şagirdi olan A.B.-nin sinif yoldaşı D.R.-yə bıçaqla xəsarət yetirdiyi bildirilir. Məktəbli Xaçmaz xəstəxanasına yerləşdirilib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis baş leytenantı Xəyal Talıbov APA-ya bildirib ki, hadisə ilə bağlı Xaçmaz Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Müvafiq ekspertiza təyin edilib. Hazırda RPŞ-nin istintaq bölməsində zəruri araşdırmalar aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun