“Gənclərə dəstək” layihəsi çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib - FOTO

4 İyun 2024 11:39

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və orqan Musiqisi zalında hər zamanki kimi ənənəyə sadiq qalaraq "Gənclərə dəstək" layihəsi çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş konsert keçirilib. 

Konsertdə Respublika və beynəlxalq müsabiqələr laureatları rəgarəng və zəngin proqram ilə çıxış ediblər. Qeyd edək ki iştirakçılar  konsertin sonunda diplomlarla təltif olundular.

Proqramda Azərbaycan, rus və Qərbi Avropa bəstəkarlarının əsərləri səslənib.

Xatırladaq ki, "Gənclərə dəstək" layihəsi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyata keçirdiyi layihədir və əsas məqsədi Azərbaycanda gənc istedadların üzə çıxarılması və dəstəklənməsidir. Layihə ideyasının müəllifi və onun bədii rəhbəri - Filarmoniyanın direktoru Murad Adıgözəl-zadə, layihənin koordinatoru - Filarmoniyanın direktor müavini Ayla  Kərimova-Zəkəriyyədir.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az