Lukaku və Dibala "Fənərbağça"ya gəlir? - Mourinyo DANIŞDI

4 İyun 2024 10:18

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo "Roma"nın hücumçusu Paolo Dibala və klubda icarə əsasında çıxış edən "Çelsi"nin hücumçusu Romelu Lukakunun Türkiyə komandasına keçməsi ehtimalından danışıb.

"Mən hər şeyi 100% aydınlaşdırmaq istəyirəm. "Roma"nın heç bir futbolçusu ilə maraqlanmıram", - Mourinyo mətbuat konfransında deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dünən, iyunun 2-də "Fənərbağça" komandanın baş məşqçi postuna portuqaliyalı mütəxəssisin təyin olunduğunu açıqlamışdı.

Mourinyonun əvvəlki iş yeri 2021-ci ildən 2024-cü ilin yanvarına kimi rəhbərlik etdiyi "Roma" olub. Portuqaliyalı çalışdırıcının rəhbərliyi altında İtaliya klubu Konfrans Liqasının qalibi olmaqla yanaşı, Avropa Liqasının finalında da çıxış edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun