Pakistanda mədən faciəsi: Çox sayda ölənlər var

4 İyun 2024 09:53

Pakistanın cənub-qərbindəki Bəlucistan əyalətinin Kvetta şəhəri yaxınlığındakı mədəndə metan qazından zəhərlənmə nəticəsində azı 11 mədənçi ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Bəlucistan əyalət hökumətinin mədənlər üzrə baş müfəttişi Əbdül Qani Kakarın sözlərinə görə, metan qazının yığılması insanların ölümünə səbəb olub.

O bildirib ki, mədənçilər təxminən 450 metr dərinlikdə işləyiblər. Xilasetmə qrupları bir neçə saatdan sonra onların cəsədlərini çıxarıblar.

Baş mədən müfəttişi əlavə edib ki, hadisənin səbəblərini və səhlənkarlığa yol verilib-verilmədiyini öyrənmək üçün araşdırma aparılır.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun