Gürcüstanda güclü zəlzələ oldu

4 İyun 2024 03:43

Gürcüstanın şimalındakı Oni şəhərinin yaxınlığında 5,4 maqnitudalı zəlzələ olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi bildirib.

Qeyd olunub ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə yerləşib. Zəlzələnin episentri ölkənin Oni şəhərindən 9 km cənub-şərqdə olub.

Tələfat və dağıntı barədə məlumat verilməyib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun