İtkin düşən Qəbələ sakini Bakıda tapıldı

3 İyun 2024 20:16

Mayın 14-də itkin düşən Qəbələ sakini tapılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Daşca kənd sakini, 30 yaşlı Hümbətov Elmin Firidun oğlu polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhərində tapılaraq ailəsinə təhvil verilib.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Elmin Hümbətov yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmamışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun