Ukraynada gənc polis qadını dalğalar apardı - FOTO

3 İyun 2024 19:18

Ukraynanın Odessa şəhərində 20 yaşlı polis qadın fotosessiya zamanı dənizə düşüb və onu dalğa aparıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın "Politika stranı" "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, Olesya Oleşuk adlı polis qız həyatını itirib və hazırda dalğıclar onun cəsədini axtarırlar.

Olesya Oleşukun ərazi üzrə polis məmuru işlədiyi və cənuba Rovno bölgəsindən tətilə gəldiyi bildirilir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun