İnquşetiya rəhbərinin qardaşı saxlanıldı

3 İyun 2024 18:54

Rusiya Federasiyasının İnquşetiya Respublikasının rəhbəri Mahmud-Əli Kalimatovun qardaşı Maqomed Bəşir Kalimatov saxlanılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, İnquşetiya rəhbəri qardaşının saxlanılması xəbərini təsdiqləyib.

2 milyard rublu mənimsəməkdə şübhəli bilinən qardaşının saxlandığını təsdiqləyən Kalimatov qeyd edib ki, istintaq davam edir və qərarı məhkəmə verəcək.

"Bir qardaş kimi, bu, əlbəttə ki, məni kədərləndirir, amma qanun qanundur" - deyə respublika rəhbəri vurğulayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun