“Çelsi”nin baş məşqçisi o olacaq - FOTO

3 İyun 2024 14:13

"Çelsi" yeni baş məşqçisinin adını bu gün açıqlayacaq.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. 

O bildirib ki, London təmsilçisini "Lester Siti"dən ayrılan Enzo Mareska çalışdıracaq. 

"Çelsi" italiyalı mütəxəssislə 5+1 illik müqavilə imzalayıb.

Qeyd olunur ki, Mareskanın müqaviləyə vaxtından əvvəl xitam verməsinə görə "Lester" 10 milyon avro məbləğində təzminat alacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun