Kazan hava limanında uçuşlar məhdudlaşdırıldı

3 İyun 2024 14:45

Kazan hava limanında uçuşlar müvəqqəti məhdudlaşdırılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyi - Rosaviasiya məlumat yayıb

Bildirilib ki, Kazan hava limanında təhlükəsizliyi təmin etmək üçün müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Hazırda aeroport uçuşları qəbul etmir və göndərmir.

Kazan hava limanına uçan reyslər alternativ aerodromlara - Ulyanovsk, Samara, Çeboksarı, Ufa və Moskvadakı (Vnukovo) hava limanlarına yönləndirilib.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun