Daha bir ölkə "Taliban"ı bu siyahıdan çıxardı

3 İyun 2024 13:49

Qazaxıstan iqtisadi sahədə əməkdaşlığa başlamaq məqsədilə "Taliban"ı terrorçu təşkilatların siyahısından çıxarıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu ölkənin Prezidenti Kasım-Jomart Tokayev KTMT-yə üzv dövlətlərin parlament rəhbərləri ilə görüşdə bildirib.

O deyib ki, müasir dünyada prioritet məsələlərdən biri Əfqanıstanın regional əlaqələr sisteminə aktiv şəkildə cəlbindən ibarətdir.

Qazaxıstan liderinin sözlərinə görə, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlət arasında bu məsələdə yekdil fikir mövcuddur.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun