Meksikada keçirilən prezident seçkisinin qalibi müəyyənləşdi

3 İyun 2024 12:13

"Gəlin birlikdə tarix yazmağa davam edək" hökumətyönlü koalisiyasından Meksika prezidentliyinə namizəd Klaudiya Şeynbaum iyunun 3-də keçirilən seçkidə qalib gəldiyini elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, özünün "X" hesabında paylaşım edib.

"200 illik respublika tarixində ilk dəfə prezident qadın olacaq. Bu, dönüş nöqtəsidir. Bütün meksikalılara təşəkkür edirəm. Bu gün səsverməmizdə demokratik bir xalq olduğumuzu sübut etdik", - deyə o bildirib.

Meksikanın hazırkı prezidenti Andres Manuel Lopes Obrador da Şeynbaumu qələbə münasibəti ilə təbrik edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun