Ançelotti Ardanı belə təqdim etdi - VİDEO

3 İyun 2024 12:21

Çempionlar Liqasını 15-ci dəfə qazanan "Real" bunu Madriddə azarkeşlərlə qeyd edib. 

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, tədbirdə "kral klubu"nun baş məşqçisi Karlo Ançelotti Türkiyə millisinin üzvü Arda Güləri xüsusi şəkildə təqdim edərək sözü ona verib. 

İtaliyalı mütəxəssis gənc oyunçu haqqında bu sözləri deyib: "Sizi çox xüsusi biri ilə tanışdıracam, Arda gəl...".

Azarkeşlər də türkiyəli yarımmüdafiəçini "Arda Gülər, Arda Gülər..." çağıraraq alqışlayıblar. 

Səhnəyə çıxan Arda fanatları ispan dilində salamlayıb: "Biz bir ailəyik. Hər şey üçün təşəkkür edirik".

Həmin görüntürləri təqdim edirik: 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun