Güneyli yeniyetmə fars münsiflərin önündə "Ayrılıq" oxudu, zal qarışdı - VİDEO

3 İyun 2024 09:58

Milli.Az musavat.com-a istinadən bildirir ki, İranda keçirilən mahnı yarışmasında maraqlı və duyğusal anlar yaşanıb. Belə ki, yarışmaya qatılanlan yarışmaçılardan biri milliyyətcə fars olan münsiflərin qarşısında türkcə "Ayrılıq" oxuyub.

Ondan soruşulub ki, azərbaycanlısan, azərbaycanca mahnı oxuya bilirsənmi? O da təsdiqləyib. Yeniyetməyə "oxu" deyincə, ikiyə bölünmüş Azərbaycanın durumunu ifadə edən "Ayrılıq" mahnısını dilləndirib.

Musavat.com-un təqdim etdiyi bu video-parça hazırda dünyada yaşayan Azərbaycan türkləri arasında fenomen olub.

Çünki Güneyli yeniyetmə əslində bölünmüş Azərbaycan həsrətinin təsnifini ifadə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun