Musson leysanları dəhşət saçdı: Ölənlər var

3 İyun 2024 10:20

Şri-Lankada adada yağan güclü yağışlar və küləklər nəticəsində azı 15 nəfər ölüb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə ölkənin Təbii Fəlakətlərin İdarə Edilməsi Mərkəzi məlumat yayıb.

Rəsmilərin bildirdiyinə görə, ölüm faktları ölkənin yeddi bölgəsində, o cümlədən paytaxt Kolomboda qeydə alınıb.

İlkin məlumatlara görə, 25 inzibati rayondan 20-si təbii fəlakətdən zərər çəkib. Dörd mindən çox evə qismən ziyan dəyib, 28 ev tamamilə dağılıb. Ada dövlətinin 19 minə yaxın sakini çətin vəziyyətdə qalıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun