Məşhur türkiyəli aparıcı Erkan Yolaçın ardından xanımı Asuman Tuğberk də vafat edib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, 1970-ci ildə "Türkiyə güzəli" seçilən 72 yaşlı Asuman həyat yoldaşının ölümündən 17 gün sonra dünyasını dəyişib. O, uzun müddətdir xərçəngdən əziyyət çəkirdi.
Qeyd edək ki, Erkanla Asuman 1976-ci ildə ailə qurub. Cütlüyün 2 övladı var. Asuman "Bir intihar" filmində də rol alıb.
"Evet-hayır" televiziya yarışması ilə tanınan Erkan mayın 16-da çoxlu orqan çatışmazlığından 89 yaşında dünyasını dəyişib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun