Meksikada "Gəlin birlikdə tarix yazmağa davam edək" hökumətyönlü koalisiyasının namizədi Klaudiya Şeynbaum prezident seçkilərində qalib gəlir.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Şeynbaumun prezident seçkilərində qalib gəlməsi ilə bağlı Milli Dirçəliş Hərəkatının (MORENA) rəhbəri Mario Delqado "X" məlumat yayıb.
"Ölkəmizin, eləcə də Latın Amerikamızın və dünya tarixinin parlaq anını yaşamaq bizə qismət oldu. Klaudiya Şeynbaum tariximizdə ilk qadın prezident olacaq!", - Delqado qeyd edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun