Yaponiyada 5,9 bal gücündə zəlzələ - AES-də nasazlıq baş verdi - YENİLƏNİB

3 İyun 2024 09:44

09:44

Yaponiyanın İşikava prefekturasında ardıcıl baş verən 5,9 və 4,8 bal gücündə iki yeraltı təkan zamanı ilkin məlumata görə, 5 binaya ciddi ziyan dəyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə prefektura rəhbərliyi məlumat yayıb.

Bildirilib ki, ada ərazisindəki atom elektrik stansiyalarından birində müvəqqəti nasazlıq baş versə də, qısa müddətdə aradan qaldırılıb.

Prefekturanın yüksək dağlıq ərazilərindəki bəzi evlərdə xırda çatlar əmələ gəlib. Hazırda tikinti briqadaları təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə işlərə cəlb olunub.

-------------
07:44

Yaponiyanın İsikava departamentində 5,9 maqnitudalı zəlzələ baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin meteorologiya xidməti məlumat yayıb.

Zəlzələnin ocağı Noqo adasında yerləşib.

Hadisə ilə bağlı dağıntı qeydəalınmayıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun