Tramp Həbib Nurməhəmmədova Fələstində müharibəni dayandıracağına söz verib - VİDEO

3 İyun 2024 01:10

ABŞ-nin keçmiş Prezidenti Donald Tramp keçmiş UFC çempionu, rusiyalı döyüşçü Həbib Nurməhəmmədova Fələstində müharibəni dayandıracağına söz verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.

"Bilirəm, siz Fələstindəki müharibəni dayandırardınız", - Nurməhəmmədov Trampa deyib.

"Biz bunu dayandıracağıq. Mən bunu dayandıracağam", - keçmiş prezident cavabında bildirib.

Xatırladaq ki, Tramp və Nurməhəmmədov Nyuarkda (ABŞ) baş tutan UFC 302 turnirində rastlaşıblar.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun