Azərbaycanın qadın basketbolçusu oyunda ciddi zədə alıb - FOTO

2 İyun 2024 22:26

3x3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinin oyunları çərçivəsində Azərbaycan millisinin üzvü zədələnib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Portuqaliya ilə keçirilən matçda yığmamızın üzvü Dina Ulyanova ayağından ciddi xəsarət alıb və oyunu davam etdirə bilməyib.

Qeyd edək ki, qarşılaşma 21:13 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun