ABŞ qitələrarası ballistik raketlər buraxacaq

2 İyun 2024 14:38

ABŞ iyunun 4-də və 6-da "Minuteman III" qitələrarası ballistik raketinin buraxılışını həyata keçirəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Kosmik Qüvvələri Komandanlığı məlumat yayıb.

Qeyd olunur ki, qitələrarası ballistik raketin buraxılışı Kaliforniya ştatında yerləşən Vandenberq Hərbi Hava Qüvvələrinin bazasında baş tutacaq.

Məlumatda həmçinin bildirilir ki, bu proqramın məqsədi ABŞ nüvə qüvvələrinin hazırlığını nümayiş etdirməkdir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun