Bu ölkədə istidən sutkada onlarla insan ölür

2 İyun 2024 12:06

Hindistanın şimalında və şərqində son 24 saat ərzində ən azı 85 nəfər havanın yüksək temperaturu səbəbindən ölüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bununla belə, ən çox ölüm halı yüksək temperaturun yüksək rütubətlə daha da ağırlaşdığı Odişa ştatındadır.

Məlumata görə, Hindistanın şərq sahilində yerləşən bu ştatda istilərin 46 qurbanı qeydə alınıb, daha onlarla şəxs xəstəxanaya yerləşdirilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun