“Barselona” “Real”ı təbrik etdi - FOTO

2 İyun 2024 11:39

"Barselona" əzəli rəqibi "Real"la bağlı paylaşım edib.

Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, Madrid təmsilçisinin Çempionlar Liqasını qazanması kataloniyalıların diqqətindən kənarda qalmayıb.

"Barselona" 15-ci dəfə Avropanın ən güclü klub turnirində kuboku başı üzərinə qaldırması münasibətilə təbrik edib.

Qeyd edək ki, "Kral klubu" Londondakı "Uembli" stadionunda təşkil olunan finalda Dortmund "Borussiya"sını 2:0 hesabı ilə qalib gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun