Ukrayna Prezidenti Volodimir Zelenski Sinqapurda keçirilən "Şanqri-La Dialoq" beynəlxalq təhlükəsizlik forumu çərçivəsində ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Zelenski teleqram kanalında yazıb.
"ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşdə əsas müzakirə mövzusu Ukraynanın müdafiə ehtiyacları, hava hücumundan müdafiə sisteminin gücləndirilməsi, F-16 təyyarələrinin tədarükü, ikitərəfli təhlükəsizlik sazişinin hazırlanması olub", - deyə dövlət başçısı bildirib.
O, danışıqların təfərrüatlarını açıqlamayıb.
Zelenski, həmçinin ABŞ Prezidenti Co Baydenə Rusiya ərazisinə Amerika silahları ilə müdafiə zərbələri endirmək qərarına görə təşəkkür edib. Mayın 30-da Pentaqon təsdiq edib ki, ABŞ administrasiyası əks batareya döyüşü zamanı Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə razılaşıb.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun