Məşhur şahmatçıya qarşı cinayət işi açıla bilər

2 İyun 2024 10:47

Rusiyalı müstəntiqlər tanınmış şahmatçı Harri Kasparova qarşı xarici agentin vəzifələrindən yayınma maddəsi ilə cinayət işi başlada bilərlər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin hüquq-mühafizə orqanları məlumat verib.

Kasparova qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 330.1-ci maddəsi (Rusiya Federasiyasının xarici agentlər haqqında qanunvericiliyində nəzərdə tutulmuş vəzifələrdən yayınma) ilə cinayət işi başlansa, o, iki ilə qədər həbs və ya cərimələnə bilər.

Xatırladaq ki, Rusiya Ədliyyə Nazirliyi Kasparovu 2022-ci ilin mayında xarici agentlər siyahısına əlavə edib.

Qeyd edək ki, Kasparov Rusiyadan kənarda yaşayır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun