Britaniya gəmisi Yəmən sahillərində hücuma keçdi

2 İyun 2024 10:14

Yəmən sahillərində Britaniya gəmisi hücuma məruz qalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Böyük Britaniyanın Dövlət Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları İdarəsi məlumat yayıb.

"Dövlət Hərbi Dəniz Qüvvələri Yəmənin Hudeydə şəhərindən 48 dəniz mili cənub-qərbdə insident barədə məlumat aldı. Kapitan gəmidən xeyli aralıda partlayışın şahidi olub", - məlumatda deyilir.

Qeyd olunur ki, ekipaj üzvlərindən heç biri xəsarət almayıb, gəminin özü isə təyinat yerinə getməyə davam edir. Departament həmçinin gəmilərə Yəmən sahillərindən keçərkən diqqətli olmağı tövsiyə edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun