Sip çayında qayığın batıb - 7 nəfər öldü

2 İyun 2024 10:08

Hindistanın mərkəzində Madhya-Pradeş ştatının Şeopur rayonunda Sip çayında qayığın çevrilməsi nəticəsində beşi uşaq olmaqla yeddi nəfər həlak olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ştatın rayon polis şöbəsindən məlumat verilib.

"Ölən yeddi nəfər arasında 4-15 yaş arası beş uşaq, 35 yaşlı kişi və 30 yaşlı qadın var. Ölənlər yerli sakinlər və Mali bağçılıq icmasının üzvləridir", - idarədən bildirib.

Məlumata görə, qayıqda cəmi 11 nəfər olub, 4 nəfər xilas edilib.

Hazırda hadisə yerində axtarış-xilasetmə əməliyyatı aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun