Arda Gülər Çempionlar Liqasını qazanan ilk türkiyəli oyunçu kimi tarixə düşdü

2 İyun 2024 07:14

Xəbər verdiyimiz kimi, "Real" "Borussiya"nı məğlub edərək UEFA Çempionlar Liqasının kubokunu 15-ci dəfə başı üzərinə qaldırıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, İspaniya təmsilçisinin heyətində yer alan Türkiyə millisinin üzvü Arda Gülər isə tarixə düşüb.

Belə ki, o, UEFA Çempionlar Liqasını qazanan ilk türkiyəli oyunçu olub. "Ay-ulduzlular"ın üzvü 19 yaşında bu nailiyyətə imza atıb.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun