Amerikalı senator Berni Sanders İsrailin Baş naziri Benyamin Netanyahunu hərbi cinayətkar adlandırıb.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Sanders X hesabında yazıb.
"Benyamin Netanyahu hərbi cinayətkardır. O, Konqres qarşısında çıxış etməyə dəvət edilməməlidir", - Sanders bildirib.
Qeyd edək ki, bundan öncə bəzi senatorların Netanyahuya Konqresdə çıxış etmək üçün müraciət etdikləri haqda məlumat yayılmışdı.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun