İtaliya təsdiqlədi: 15 ölkə dəvət olunub, Ukrayna da...

2 İyun 2024 08:05

Ukrayna iyunun ortalarında keçiriləcək G7 sammitində iştirak edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın Baş naziri Corciya Meloni məlumat verib.

O, tədbirə 15 ölkənin dəvət olunduğunu və Ukraynanın da bu siyahıda olduğunu bildirib.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun