Ronaldo ilə bağlı yayılan xəbərlərə rəsmən nöqtə qoyuldu

2 İyun 2024 00:52

Ronaldonun qanı artıq sarıdır. Növbəti mövsümdə bizimlə birlikdə davam edəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu "Əl-Nəsr"in idman direktoru Quido Fienqo Kristiano Ronaldonun komandanı tərk edəcəyi barədə yayılan xəbərləri şərh edərkən deyib.

Qeyd edək ki, Kristiano Ronaldo 2023-cü ilin yanvarından "Əl-Nəsr"in üzvüdür.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun