Azərbaycan millisi son matçında məğlub oldu

1 İyun 2024 22:12

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında son matçına çıxıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Fərid Cəlalovun rəhbərlik etdiyi yığma Estoniyada Lüksemburqla üz-üzə gəlib. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan millisi daha əvvəl keçirdiyi görüşlərdə Rumıniya, Ukrayna, Belçika, Şimali Makedoniya və Estoniya yığmalarına 0:3 hesabı ilə uduzub. Seçmə bu nəticədən sonra yarışı 1 xalla başa vurub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun