Artur Çilinqarov vəfat etdi - FOTO

1 İyun 2024 21:52

Rusiya Dövlət Dumasının deputatı Artur Çilinqarov 84 yaşında vəfat edib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Dumasının sədri Vyaçeslav Volodinin qanunverici orqanın saytında dərc olunmuş nekroloqunda qeyd olunub.

"Gözəl insan, həmkarımız Artur Nikolayeviç Çilinqarov dünyasını dəyişdi", - nekroloqda nəql edilib.

Volodin mərhumun Sovet İttifaqı Qəhrəmanı və Rusiya Qəhrəmanı olduğunu vurğulayaraq onun "hamı üçün örnək olduğunu" bildirib.

Qeyd edək ki, Artur Çilinqarov VII və VIII çağırışlarda (2016-2024) Dövlət Dumasının deputatı olub. O, Rusiya Coğrafiya Cəmiyyətinin vitse-prezidenti, Dövlət Qütb Akademiyasının prezidenti olub.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun