Goranboya güclü dolu düşdü: maşınlara ziyan dəydi...

1 İyun 2024 19:56

Goranboy rayonunun Börü və ona yaxın kəndlərə dolu düşüb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bir neçə dəqiqə yağan dolu meyvə ağaclarına zərər vurub.

Bir neçə avtomobilə ziyan dəyib. Yağıntılı hava şəraiti səbəbindən kənd yolunda avtomobillərin hərəkətində qismən çətinlik yaranıb.

Qeyd edək ki, bölgədə yağıntılı hava şəraiti davam edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun