Xarkov şəhəri vuruldu: ən azı 9 ölü, 26 yaralı var

1 İyun 2024 19:37

İyunun 1-də Xarkov şəhərinin növbəti dəfə raket atəşinə tutulması nəticəsində həlak olan mülki şəxslərin sayı 9 nəfərə çatıb, 26 nəfər isə xəsarət alıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə Xarkov Şəhər Prokurorluğu məlumat yayıb.

"9-cu qurbanın cəsədi dağılmış evlə qaraj arasında tapılıb", - məlumatda bildirilib.

Hazırda əməliyyat-axtarış tədbirləri davam edir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun