Azərbaycan buna görə ön sıralardadır - Trombetta

1 İyun 2024 19:26

Azərbaycan kiberhücumların artması fonunda kibertəhlükəsizlik sahəsində ön sıralardadır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu bu barədə "Cisco" şirkətinin baş vitse-prezident Adele Trombetta Bakıda keçirilən III Milli Kibertəhlükəsizlik Forumunda deyib.

"Hökumətlər də, şirkətlər də kiber hücumlardan əziyyət çəkirlər. Bəllidir ki, bizim hamımızın mübarizə apardığı düşmən var. Azərbaycan dilində belə deyim var: Əgər indi toxumu əkməsən gələcəkdə məhsul yığmazsan", - şirkətin baş vitse-prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasının 42 maddəsi hər kəsin təhsil almaq hüququ haqqındadır:

"Bu hüquq yüz minlərlə şagird və tələbəni Bakı şəhərində birləşdirir. Azərbaycan Respublikası özünün təhsil, biznes sahəsində işini yüksək səviyyədə davam etdirərək Qərb üçün mühüm tərəfdaşa çevrilə bilər. Azərbaycan şairi Məhəmməd Füzuli demişdir ki, heç zaman sərvətinlə öyünmə, uğur qazanmaq istəyirsənsə, təhsil al, öyrənməyə davam et".

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun