Saakaşvilinin partiyasının binasına hücum edildi - VİDEO

1 İyun 2024 12:53

Gürcüstanda ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın Tbilisidəki mərkəzi ofisi şənbə günü gecə hücuma məruz qalıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hücumda 100-ə yaxın şəxs iştirak edib. Onlar ofisin divarlarını yazıblar.

"Vandalizm aksiyası saat yarıma yaxın davam edib. Ofis binasının fasadı zərər çəkib, şüşələr sındırılıb", - partiyanın açıqlamasında deyilir.

Daxili İşlər Nazirliyi ofisə hücumla bağlı hər hansı şərh verməyib.

Qeyd edək ki, "Vahid Milli Hərəkat"ın təsisçilərindən biri hazırda həbsdə olan eks-prezident Mixail Saakaşvilidr.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun