Mənzilin dizaynında qara rəngdən istifadə etməyin – Ümumi səhvlər

1 İyun 2024 18:41

Dizaynerlər mənzildə edilən səhvlər haqqında danışıb. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bir çox insanlar evini qara rənglə dizayn edir. Əslində bu rəng interyeri zərif göstərir. Ancaq kiçik bir səhvlə otağı narahat və çirkin hala sala bilər. 

Əgər otağı qara rənglə boyamızsınızsa, o zaman mebelləri, heykəlləri qətiyyən tünd və qarışıq rəngli seçməyin. Heç bir halda bunu etməməlisiniz. Otaqda qara rəngin bolluğu rahatlıq hissinin yox olmasına gətirib çıxarır. İnteryer insana psixoloji "təzyiq" edir.

Bundan əlavə, həddindən artıq qaranlıq dizayn məkanın vizual daralmasına gətirib çıxarır. 

Bu səbəblərə görə, divarlarınızı tamamilə qara etməyin. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun