Bu gün UEFA Çempionlar Liqasının final matçında İspaniyanın "Real Madrid" futbol klubu ilə Almaniyanın "Borussiya Dortmund" klubu üz-üzə gələcək.
Milli.Az report.az-a istinadən xəbər verir ki, oyun Londondakı "Uembli" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Bu final Çempionlar Liqası tarixində 69-cu olacaq. Turnirin ən titullu klubu "Real Madrid"dir, komanda 14 dəfə kuboku qazanıb, həmçinin üç dəfə Avropanın ən nüfuzlu klub yarışmasının finalında çıxış edib.
Madridlilər sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının qalibi olmuşdu, o zaman komanda həlledici görüşdə İngiltərənin "Liverpul"unu (1:0) məğlub etmişdi.
"Borussiya" isə 1997-ci ilin finalında bir dəfə Çempionlar Liqasının qalibi olub, komanda İtaliya "Yuventus"undan güclü olub (3:1). 2013-cü ildə də "Borussiya" finala çıxsa da, Almaniyanın "Bavariya"sına uduzub (1:2).
"Borussiya"nın baş məşqçisi Edin Terziç komandanın "Real Madrid"lə finalda çox çətin anlar yaşayacağını qeyd edib:
"Düşünürəm ki, biz bu finala layiqik. Favorit olmayacağımızı bilirəm. Çox çətin olacaq. Amma final bir matçdan ibarətdir, ona görə də hər şey mümkündür, biz bunu artıq sübut etmişik".
Menecer kimi 6 dəfə finala yüksələn "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandasının fantastik bacarığını yüksək qiymətləndirib:
"Bizim o qədər problemimiz, ciddi zədələrimiz var idi. Biz Vinisiusu, Juda Bellinqemi və başqalarını müəyyən müddətə itirdik, amma heç kim bu barədə danışmırdı. Bu komandanın oyunçuları fantastik qabiliyyətə və xarakterə malikdirlər".
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun