İtaliyadan Belçikaya uçan təyyarədə yanğın: Məcburi eniş etdi

31 May 2024 23:48

Boloniyadan Brüsselə uçan "Ryanair" təyyarəsi göyərtəsində baş verən yanğın səbəbindən Lüksemburqda məcburi eniş edib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Bildirilir ki, yanğın mətbəx sahəsində baş verib.

İnsidentin səbəbləri araşdırılır.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun