Emre Belozoğlu "Ankaragücü"nün baş məşqçisi vəzifəsini tərk edib.
Milli.Az İdman.Biz-ə istinadən bildirir ki, bu barədə Ankara klubu açıqlama yayıb.
Tərəflər qarşılıqlı şəkildə müqaviləyə xitam veriblər. Türkiyə Superliqasında uğursuz çıxış gənc mütəxəssisə bağışlanılmayıb. Komanda Emrenin rəhbərliyi ilə 1-ci Liqaya düşüb.
Qeyd edək ki, "Ankaragücü" 43 yaşlı baş məşqçi ilə keçirdiyi 31 oyunda 7 qələbə qazanıb, 13 dəfə heç-heçə oynayıb, 11 dəfə uduzub. Komanda 6-cı dəfə güclülər dəstəsini tərk edib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun