Mayın 15-də silahlı insident zamanı yaralanan Slovakiyanın Baş naziri Robert Fitso ən azı bir neçə ay sonra işə qayıda bilər.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda ölkənin xarici işlər naziri Juraj Blanar açıqlama verib.
Onun sözlərinə görə, sui-qəsddən sonra siyasətçinin vəziyyəti yaxşılaşır. Fikonun Baş nazir vəzifəsinə tam olaraq qayıtması üçün daha bir neçə ay lazım olacaq.
Qeyd edək ki, R. Fitso ötən gün xəstəxanadan evə buraxılıb. Onun qoltuqaltının köməyi ilə yeridiyi bildirilir.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun