Türkiyədə uşaq hotelə qumbara atıb, özü də yaralandı

31 May 2024 19:30

Türkiyənin İstanbul şəhərinin Küçükçekmece Yeşilova hissəsində hotelə atılan əl qumbarası nəticəsində bir uşaq yaralanıb.

Milli.Az report-a istinadən xəbər verir ki, məlumatı "Sputnik Türkiyə" yayıb.

Bildirilib ki, motosikletlə hadisə yerinə gələn yetkinlik yaşına çatmayan bir uşaq əlindəki qumbaranı hotelə atıb. Qumbara partlamasa da, hotel mühafizəçisi onu atan şəxsə silahdan atəş açıb. Uşaq yaralanıb.

Küçükçekmece rayon Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları hadisə yerinə sövq edilib. Yaralı uşaq hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun