Alman siyasətçiyə küçədə hücum etdilər - FOTO

31 May 2024 19:08

İslam əleyhinə çıxışları ilə tanınan ifrat sağçı siyasətçi Mişel Stürzenberger Almaniyanın Mannheim şəhərində keçirilən etiraz aksiyaları zamanı bıçaqla hücuma məruz qalıb. 

Milli.Az unikal-a istinadən xəbər verir ki, yaralanan siyasətçi xəstəxanaya yerləşdirilib. Onunla yanaşı, polis və  bir neçə nəfər yaralanıb. 

Hadisəni törədən şəxs isə hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun