Azərbaycanda vəzifəli şəxs vəfat etdi - FOTO

31 May 2024 16:38

Azərbaycanda daha bir vəzifəli şəxs dünyasını dəyişib. 

Milli.Az yenisabah.az-a istinadla xəbər verir ki, İsmayıllı rayon icra hakimiyyətinin başçısının Gəraybəyli kənd inzibati dairəsi üzrə nümayəndəsi Rüstəm Babayev vəfat edib. Bu barədə onun dostları sosial şəbəkə hesablarında məlumat yayıblar. 

Onlar Rüstəm Babayevi vəzifəsinin öhdəsindən bacarıqla gələn təcrübəli dövlət məmuru kimi xarakterizə ediblər. 

Allah rəhmət eləsin. 

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun