Yeni ticarət mərkəzinə getmək üçün özünü təhlükəyə atanlar...

31 May 2024 16:01

Bir neçə gün öncə Bakının Neftçilər prospektində yeni ticarət mərkəzi "Crescent Mall"un istifadəyə verilməsi ilə ərazidə piyadalar üçün təhlükəli vəziyyətin yaranması barədə müzakirələr aparılır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və şəkillər yayılıb.

Fotolardan da görünür ki, piyadalar, hətta yanlarında azyaşlı olsa belə, həyatlarını təhlükəyə ataraq yüksək sürət həddi təyin edilmiş yoldan keçirlər.

Əksər sosial şəbəkə istifadəçiləri ərazidə piyada keçidlərinin təşkilinin, işıqfor quraşdırılmasının vacibliyini qeyd edir.

Maraqlıdır ki, ərazidə yeraltı piyada keçidi olsa da, vətəndaşlar oradan istifadə etmirlər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən saytımıza bildirilib ki, hazırda sözügedən keçid istifadəyə yararlıdır: "İnsanlar oradan istifadə edirlər. Keçiddə eskalatorlar da işləyir. Ümumiyyətlə, keçid elə yerdədir ki, piyadalar onu görməyə bilməz".

Qurumun məlumatına görə, həmin yeraltı keçid ərazidə "Port Baku" ticarət mərkəzi istifadəyə verildiyi vaxt infrastruktur qurularkən salınıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun