Parlamentin növbədənkənar sessiyası çağırıldı

31 May 2024 13:17

Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağırılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova Milli Məclisin yaz sessiyasının yekununda məlumat verib.

Spiker qeyd edib ki, iclaslar iyun ayında keçiriləcək.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun