Putin Təhlükəsizlik Şurası katibinin müavinini vəzifəsindən azad etdi

31 May 2024 12:12

Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası (TŞ) katibinin müavini Mixail Popovu vəzifəsindən azad edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə sənəd rəsmi hüquqi informasiya portalında dərc olunub.

"Mixail Mixayloviç Popov Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindən azad edilsin", - sənəddə qeyd edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun