Ermənistan KTMT-nin iclasına qatılmadı

31 May 2024 10:23

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müdafiə nazirlərinin Almatıda keçirilən iclasında iştirak etmir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə təşkilatın katibliyindən bildirilib.

"Lakin görüşdə qəbul edilən qərarlara etiraz bildirməyəcək". - məlumatda vurğulanır.

Qeyd edək ki, hazırda Almatıda KTMT müdafiə nazirlərinin görüşü baş tutur. Görüşdə Qazaxıstan, Rusiya, Belarus Qırğızıstan və Tacikistan müdafiə nazirliklərinin rəhbərləri iştirak edir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun