İtkin düşən məktəbli tapıldı: "Özü qaçıbmış" - VİDEO

31 May 2024 09:53

Abşeron rayonunun Hökməli kəndində itkin düşən 11 yaşlı məktəbli gecə saatlarında hüquq-mühafizə orqanları tərəfindən tapılıb.

Milli.Az xəbər verir ki, bu barədə ATV-nin efirində yayımlanan "Bizimləsən" verilişində məlumat verilib.

Belə ki, Büşranın itkin düşməsi ilə bağlı bəzi detallar ortaya çıxıb.

Onun təhsil aldığı 299 nömrəli məktəbdən verilən məlumata görə, Büşranın dərsə davamiyyəti də zəif olub.

Yaxınları bildiriblər ki, Büşra itkin düşməyib, özü qaçıb.

Qeyd edək ki, o, ötən gün məktəbə getmək adı ilə evdən çıxıbmış.

Ətraflı videoda:

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızAdan da oxuyun